Tehran ABŞ nümayəndələri — Stiv Uitkoff və Cared Kuşner ilə danışıqlar aparmağı planlaşdırmır.
Modern.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Agentliyin bildirdiyinə görə, hər iki şəxs Pakistana yola düşsə də İran tərəfi onlarla görüş keçirməyi nəzərdə tutmur.
Eyni zamanda qeyd olunur ki, İranın xarici işlər naziri Abbas Əraqçi İslamabada səfər edir. Səfər çərçivəsində Pakistan tərəfi ilə müharibənin başa çatdırılması ilə bağlı İranın mövqeyinin müzakirəsi planlaşdırılır.