Modern.az

Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov

Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov

Dünya

Bu gün, 00:04

Sergey Lavrov bildirib ki, Rusiyaya qarşı “açıq müharibə” elan edilib.

Modern.az xəbər verir ki, Lavrov Qərblə münasibətlərin perspektivlərini dəyərləndirərkən qeyd edib ki, birgəyaşayış və əməkdaşlıq imkanları artıq keçmişdə qalıb.

Onun sözlərinə görə, bəzi Avropa ölkələrinin hərbi strukturlarında Rusiyaya qarşı mümkün müharibəyə hazırlıq barədə açıq bəyanatlar səsləndirilir.

“Düşünürəm ki, Belçikanın və ya Almaniyanın Baş qərargahında olan bəzi şəxslər açıq şəkildə bildiriblər ki, onlar Rusiya ilə müharibəyə hazırlaşırlar və Ukrayna onlara vaxt qazanmaqda kömək edir. Daha bundan açıq nə ola bilər?”, – deyə Lavrov vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!