Modern.az

Avropada yanacaq qiymətlərində kəskin artım var

Avropada yanacaq qiymətlərində kəskin artım var

Dünya

25 Aprel 2026, 04:22

Avropa İttifaqı ölkələrində yanacaq qiymətlərində kəskin artım qeydə alınıb.

Modern.az xəbər verir ki, "Eurostat" məlumatlarına əsasən, 2026-cı ilin mart ayında dizel yanacağının qiyməti fevral ayı ilə müqayisədə 19,1%, benzin isə 10,6% bahalaşıb.

Məlumata görə, dizel üzrə ən yüksək qiymət artımı Çexiya və İsveçdə (27,6%), həmçinin Estoniyadə (26,8%) və Latviyada (25,4%) qeydə alınıb.

Analitiklər qiymət artımının əsas səbəbləri kimi Hörmüz boğazında yaranan gərginlik, Avropada strateji ehtiyatların azalması və Baltikyanı ölkələrdə yüksək yanacaq vergilərini göstərirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ