Modern.az

Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibə elan edildi

Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibə elan edildi

Aktual

Bu gün, 17:25

Aprelin 24-də 13 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatlarına uyğun olan 32 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a bildirilib ki, daxili müsahibəyə çıxarılan vəzifələrin 3-ü inzibati vəzifələrin ikinci təsnifatına, 22-si inzibati vəzifələrin üçüncü təsnifatına, 7-si inzibati vəzifələrin dördüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsidir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər mayın 8-i saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!