Modern.az

Türk dövlətlərinin xarici işlər nazirləri bir araya gəldilər

Türk dövlətlərinin xarici işlər nazirləri bir araya gəldilər

Aktual

18 Aprel 2026, 17:18

V Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib.

Modern.az xəbər verir ki, toplantıda Türkiyə və təşkilatın dövr sədri olan Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunub. İclasda təşkilatın Baş katibi Kubanıçbek Ömüraliyev iştirak edib.

İclas üzv ölkələr tərəfindən “Ailə Məclisi” kimi xarakterizə edilən TDT çərçivəsində son dövrdə sürət qazanan yüksəksəviyyəli təmasların növbəti mərhələsini təşkil edib (Azərtac).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!