Modern.az

Xəstələrin dadına çatan nevroloq - Elçin Rəhimli kimdir... 

Xəstələrin dadına çatan nevroloq - Elçin Rəhimli kimdir... 

Ölkə

Bu gün, 14:53

Son illər Azərbaycan səhiyyəsində nevrologiya sahəsində ehtiyac əhəmiyyətli dərəcədə artıb. Bu sahədə ixtisaslaşmış həkimlər arasında Elçin Rəhimli peşəkarlığı, müasir diaqnostik yanaşmaları və pasiyentlərə fərdi münasibəti ilə seçilən mütəxəssislərdən biri kimi tanınır.

Elçin Rəhimli Azərbaycan Tibb Universitetinin Mülicə-profilaktika fakültəsində təhsil alıb, 2018-ci ildən Almaniyada – “Sana Hanse-Klinikum Wismar” tibb müəsssisəsində rotasiyada olub.
2021-ci ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasında çalışır.

O, nevroloq-diaqnostik kimi fəaliyyət göstərərək, həm dövlət xəstəxanalarında, həm də özəl tibb müəssisələrində çalışır. Elçin Rəhimlinin tibbi fəaliyyəti xüsusilə sinir sistemi xəstəliklərinin erkən aşkarlanması və dəqiq diaqnostikası üzərində qurulub. Müasir tibbi texnologiyaların tətbiqi və davamlı inkişaf onun fəaliyyətinin əsas istiqamətlərindəndir.

Həkimin əsas ixtisaslaşma sahələrindən biri demensiya və Alzheimer xəstəliyidir. Bu xəstəliklər xüsusilə yaşlı əhali arasında geniş yayıldığı üçün erkən diaqnoz və düzgün müalicə strategiyası böyük əhəmiyyət daşıyır. Elçin Rəhimli bu istiqamətdə pasiyentlərin erkən mərhələdə qiymətləndirilməsi, yaddaş pozuntularının səbəblərinin araşdırılması və fərdi müalicə planlarının hazırlanması ilə məşğuldur. Onun yanaşması yalnız dərman müalicəsi ilə məhdudlaşmır, eyni zamanda həyat tərzi dəyişiklikləri və psixoloji dəstək elementlərini də əhatə edir.

Pasiyentlərlə ünsiyyətdə sadə və aydın izah üsuluna üstünlük verən həkim, onların xəstəlik haqqında məlumatlı olmasını müalicənin vacib hissəsi hesab edir.

Elçin Rəhimli beynəlxalq təcrübəni izləyərək, onu yerli praktikaya tətbiq etməyə çalışır. Bu isə həkimin daim yenilənən tibbi biliklərə sahib olmasına və pasiyentlərinə daha effektiv xidmət göstərməsinə imkan yaradır.

Əslən Yardımlı rayonundan olan Elçin Rəhimli eyni zamanda yazıçıdır, o, "İlk gün, son hadisə" romanının müəllifidir.

Ağaşirin Məmmədli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu