Noyabrın 4-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb.
Modern.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz olacaq.
Səhər bəzi yerlərdə duman və az çiskin gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 11-15, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Rayonlarda isə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 11-15, gündüz 19-24, dağlarda isə gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.