Modern.az

Süni intellektlə bağlı insan hüquqlarının müdafiəsi gücləndiriləcək - Ombudsman

Süni intellektlə bağlı insan hüquqlarının müdafiəsi gücləndiriləcək - Ombudsman

Ölkə

Bu gün, 12:25

Azərbaycanda süni intellektin tətbiqi və rəqəmsallaşma prosesində insan hüquqlarının müdafiəsi Ombudsmanın prioritet fəaliyyət istiqamətlərindən biri olacaq.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı yenidən Ombudsman seçilən Səbinə Əliyeva bildirib.

O qeyd edib ki, qarşıdakı dövrdə insan hüquqlarının müdafiəsi sahəsində yeni çağırışlara uyğun mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

“Rəqəmsal transformasiya və süni intellekt kontekstində insan hüquqlarının müdafiəsinə dair müasir yanaşmaların təşviqi və tətbiqi prioritet istiqamətlər sırasında olacaq”, – deyə Səbinə Əliyeva vurğulayıb.

Ombudsman həmçinin bildirib ki, növbəti mərhələdə təsisatın tövsiyələrinin icrasına nəzarət mexanizmlərinin gücləndirilməsi, insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və həssas əhali qruplarının hüquqlarının daha effektiv müdafiəsi əsas hədəflərdəndir.

Səbinə Əliyeva regionlarda Ombudsmana müraciət imkanlarının genişləndirilməsinin, müstəqil monitorinq mexanizmlərinin təkmilləşdirilməsinin və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın gücləndirilməsinin də prioritet olduğunu diqqətə çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!