Modern.az

33 ukraynalı tələbə Azərbaycana gətirildi

33 ukraynalı tələbə Azərbaycana gətirildi

Aktual

Bu gün, 15:50

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 33 nəfər ukraynalı tələbə ölkəmizə gətirilərək burada sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, 8 günlük sosial reabilitasiya proqramı çərçivəsində onların bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlərə, ustad dərslərinə cəlb olunması nəzərdə tutulub:

"Həmçinin, ukraynalı gənclərə Azərbaycan mədəniyyəti və incəsənəti, ölkəmizin tarixi və görməli yerləri, milli mətbəxlə yaxından tanış olmaq imkanı yaradılır.

Məqsəd onların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstərməkdir.

Qeyd edək ki, ötən dövrdə Ukraynadan 400-ə yaxın uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib".

Sizə yeni x var
Keçid et
Putinə Paşinyandan bir