Modern.az

Putin Paşinyanla Astanadakı sammitin nəticələrini müzakirə edib

Putin Paşinyanla Astanadakı sammitin nəticələrini müzakirə edib

Aktual

1 İyun 2026, 13:31

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub, tərəflər Astanada keçirilən Aİİ sammitinin nəticələrini müzakirə ediblər.

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı mayın 29-da Astanada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasının yekunları ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Vladimir Putin söhbət zamanı Nikol Paşinyanı ad günü münasibətilə də təbrik edib.

Qeyd olunub ki, Rusiya prezidenti daha əvvəl Ermənistan baş nazirinə təbrik teleqramı da göndərib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi