Ermənistanda “Çiçəklənən Ermənistan” Partiyasının maraqları naminə seçicilərin ələ alınması ilə bağlı cinayət işi üzrə yeni saxlanılmalar həyata keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
İstintaqın versiyasına görə, partiyanın nümayəndələri və tərəfdarları Abovyan şəhərində seçicilərə pul vəd edib və müəyyən hallarda vəsait ötürüblər.
Məlumata əsasən, cinayət işi çərçivəsində axtarışlar və digər istintaq hərəkətləri həyata keçirilib.
Komitə həmçinin seçici siyahıları və pul ödənişlərinin müzakirə edildiyi iddia olunan audioyazını da yayımlayıb.
Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.