Modern.az

Qazaxıstan İranın nüvə məsələsinin həllinə dəstək verməyə hazırdır

Qazaxıstan İranın nüvə məsələsinin həllinə dəstək verməyə hazırdır

Aktual

Bu gün, 16:23

Qazaxıstan İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin həllinə texniki dəstək göstərməyə hazır olduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yerlan Jetıbayev bildirib.

Onun sözlərinə görə, Astana İranın nüvə proqramı ilə bağlı çoxtərəfli danışıqları və beynəlxalq razılaşmaları diqqətlə izləyir.

Jetıbayev qeyd edib ki, Qazaxıstan məsuliyyətli çoxtərəfli əməkdaşlıq tərəfdarıdır və sabitlik, təhlükəsizlik, eləcə də dialoqun gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir.

“Qazaxıstan da daxil olmaqla bir sıra ölkələr bütün tərəflər arasında müvafiq beynəlxalq razılaşmalar əldə ediləcəyi və məsələ praktiki mərhələyə keçəcəyi təqdirdə, xoş niyyət əsasında texniki dəstək göstərməyə hazır olduqlarını ifadə ediblər”, – deyə XİN rəsmisi bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV