Modern.az

Ermənistanda 4 keçmiş korpus komandirinə ittiham irəli sürüldü

Ermənistanda 4 keçmiş korpus komandirinə ittiham irəli sürüldü

Aktual

Bu gün, 17:02

Ermənistanda 2008-ci ilin mart hadisələri ilə bağlı araşdırmalar çərçivəsində Silahlı Qüvvələrin dörd keçmiş korpus komandiri barəsində ictimai cinayət təqibi başlanıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, 2008-ci il fevralın 23-dən martın 1-dək olan dövrdə dörd ordu korpusuna rəhbərlik etmiş Poqos Poqosyan, Valeri Qriqoryan, Aykaz Baqmanyan və Levon Yeranyan ittiham olunurlar.

Onlara qarşı vəzifə səlahiyyətlərini aşma nəticəsində ağır nəticələrə səbəb olan əməllərə yardım etmək ittihamı irəli sürülüb.

İstintaqın versiyasına görə, keçmiş komandirlər qanunsuz əmrləri yerinə yetirərək resurslar ayırıb, maneələri aradan qaldırıb və bununla da həmin dövrdə müdafiə naziri olmuş Mikael Arutyunyanın və digər yüksəkvəzifəli şəxslərin fəaliyyətinə dəstək veriblər.

Baş Prokurorluq bildirib ki, söhbət daha əvvəl “1 mart işi” üzrə ittiham olunan Ermənistanın ikinci prezidenti Robert Koçaryan, keçmiş müdafiə naziri Seyran Ohanyan və sabiq KTMT baş katibi Yuri Xaçaturovun da daxil olduğu şəxslərdən gedir.

Qeyd edək ki, “1 mart işi” Ermənistanda 2008-ci il prezident seçkilərindən sonra baş verən hadisələrlə bağlı açılmış ən rezonanslı cinayət işlərindən biri hesab olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV