Modern.az

Kreml: Ermənistanla bağlı qərar dekabra qədər müzakirə olunacaq

Kreml: Ermənistanla bağlı qərar dekabra qədər müzakirə olunacaq

Aktual

1 İyun 2026, 17:56

Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya hazırlığı fonunda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə bağlı mümkün qərarları müzakirə etməyə hazırlaşır.

Modern.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Ermənistanla bağlı Aİİ müqaviləsinin tətbiqinin dayandırılması mexanizminin dekabra qədər müzakirə olunacağını bildirib.

Onun sözlərinə görə, üzv ölkələrin aidiyyəti qurumları Ermənistan ətrafında yaranmış vəziyyətlə bağlı məsələləri işləyərək dövlət liderlərinə təqdim etməlidirlər.

Peskov qeyd edib ki, bu proses Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı hazırlıq addımları fonunda gündəmə gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...