Modern.az

Baş həkim işdən çıxdı - FOTO

Baş həkim işdən çıxdı - FOTO

Aktual

Bu gün, 12:50

Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi vəzifəsindən azad olunub.

Modern.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim, Rusiya Uşaq Cərrahları assosiasiyasının üzvi Op.Dr. Gündüz Ağayev öz ərizəsi ilə işdən azad edilib.

Məlumat Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsindən təsdiqlənib. Bu qərar onun şəxsi müraciəti əsasında rəsmiləşdirilib.

Qeyd edək ki, Gündüz Ağayev uzun illər K.Fərəcova adına ET Pediatriya İnstitutunda Erkən yaşlı uşaqların Cərrahiyyə şöbəsinin müdiri və Respublikanın Baş Uşaq Cərrahı işləyib.

Baş həkim öz istəyi ilə İŞDƏN ÇIXARILDI - FOTO

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV