
Ekoloji cəhətdən təmiz və saf havası olan bir məkanda yenicə təmirdən çıxmış 3 otaqlı mənzil satılır. Təmirdən sonra mənzildə heç kim yaşamayıb. Siyasi və sosial vəziyyətin gərginləməsi ilə bağlı mənzil sahibi Manukyan xüsusi endirimlər təklif edir.
Mənzilin iki açıq eyvanı var. Eyvanların biri Şuşa dağlarına, digəri Ağdam-Xankəndi yoluna açılır.
Satlığa çıxarılan mənzil İsa bulağının suyu, Mingəçevir su elektrik stansiyasının elektrik enerjisi və Azəriqazın daimi qaz təchizatı ilə təmin olunub.
Binada digər mənzillərə Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş igid oğullarımızın ruhu sahibdir.
Mənzili alan Azərbaycan vətəndaşı bonuslar qazanacaqdır. Bonuslar siyahısına Azərbaycanın ən ali fəxri adları daxil edilib.
Bu mənzilə sahib olmaq istəyənlərin pul vəsaiti çatmırsa mənzili kollektiv çəkildə almaq da mümkündür. Yəni, “hər 10 azərbaycanlıya bir erməni mənzili almaq” kampaniyası da mövcuddur.
Digər bir təklif isə Azərbaycan banklarının faizsiz kreditləri ilə bağlıdır. Çünki Xankəndində yerləşən mənzilləri almaq üçün banklar faizsiz kreditlər də ödəyir.
Şansınızı əldən verməyin. Xankəndində mənzillərə sahib olun. Tələsin, sonra belə mənzillər bizə çox baha başa gələcək.
İlham Cəmiloğlu