Modern.az

Allahşükür Paşazadə Mavriki Prezidenti ilə görüşüb - FOTO

Allahşükür Paşazadə Mavriki Prezidenti ilə görüşüb - FOTO

Aktual

Bu gün, 11:28

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Dinlər Sülh Uğrunda” təşkilatının 2026-cı il Ümumdünya Şurasının illik toplantısında iştirak etmək üçün Mavriki Respublikasında səfərdədir.

QMİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2025-ci ildə “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurasının həmprezidenti seçilən Şeyxülislam Allahşükür Paşazadə builki toplantıda məhz bu statusda iştirak edir.

İyunun 23-də “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurasının açılış mərasimi öncəsi Mavriki prezidenti Daramber Qoxul Ümumdünya Şurasının bir sıra nüfuzlu rəhbər şəxsləri ilə görüşüb. Şeyxülislam Allahşükür Paşazadə ilə məxsusi görüş zamanı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Mavriki Prezidentinin Azərbaycana səfərini xatırladan QMİ-nin sədri Azərbaycan Prezidentinin salamlarını Daramber Qoxula çatdırıb. Mavriki prezidenti də səmimi salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Daramber Qoxul Azərbaycanda səfərdə olarkən Bibiheybət məscid-kompleksini ziyarət etdiyini xüsusi vurğulayıb.

Mavriki Prezidentinin iştirakı ilə “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurası öz işinə müxtəlif din xadimlərinin duaları ilə başlayıb. Şuranın builki toplantısının mövzusu “Müştərək Mübarək Tərəqqiyə Doğru Yolların Qurulması”dır.

Şeyxülislam Allahşükür Paşazadə mötəbər toplantının “Süni İntellekt — İnsan Hüquqları, Ləyaqəti və Süni İntellektin Çoxdinli Perspektivləri" xüsusi sessiyasında çıxış edəcək.

Qeyd edək ki, “Dinlər Sülh uğrunda” təşkilatı yarım əsrdən artıq tarixə malik, dünyanın ən böyük və genişşaxəli beynəlxalq dinlərarası sülhməramlı qurumudur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır