Modern.az

İrandan Gürcüstana yük aparan maşında tiryək aşkarlandı

İrandan Gürcüstana yük aparan maşında tiryək aşkarlandı

Aktual

6 Avqust 2026, 11:10

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində narkotik vasitə - tiryək aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Belə ki, idarənin “Mazımqara” gömrük postunun idxal nəzarət xəttində Azərbaycandan tranzit keçməklə Gürcüstandan İrana “minik avtomobilləri” yükü daşıyan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb olunub. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilən təmiz çəkisi 385 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı