Modern.az

Suriya ordusunun diviziyasına Türkiyə vətəndaşı komandanlıq edəcək

Suriya ordusunun diviziyasına Türkiyə vətəndaşı komandanlıq edəcək

Aktual

6 Avqust 2026, 19:51

Suriya ordusunda aparılan genişmiqyaslı yenidənqurma çərçivəsində Türkiyə vətəndaşı 62-ci diviziyanın komandiri vəzifəsinə təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə Suriya mənbələrinə istinadən məlumat yayılıb.

Bildirilib ki, təyinat Dəməşqin Silahlı Qüvvələrdə həyata keçirdiyi struktur islahatlarının tərkib hissəsidir. Məhz bu islahatlar çərçivəsində Türkiyə vətəndaşına 62-ci diviziyaya komandanlıq həvalə olunub.

Məlumatda komandirin şəxsiyyəti və təyinatın digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra yeni rəhbərlik ölkənin təhlükəsizlik və hərbi sistemində geniş islahatlar həyata keçirir. Bu proses çərçivəsində silahlı qüvvələrin idarəetmə strukturu da yenidən formalaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama