Modern.az

Martın 29-da Azərbaycan yay vaxtına keçəcək

Martın 29-da Azərbaycan yay vaxtına keçəcək

Aktual

4 Mart 2015, 22:28

Bu il martın 28-dən 29-na keçən gecə Azərbaycan Respublikasının ərazisində yay vaxtına keçidlə əlaqədar saatların əqrəbi 1 saat irəli çəkiləcək Bu proses həmin gecə saat 4.00-da gerçəkləşəcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, yay vaxtına keçid Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq gerçəkləşdirilir.

Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabrın son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Modern.az

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?