Modern.az

Spotify istifadəçilərinə jest etdi

Spotify istifadəçilərinə jest etdi

Aktual

12 Avqust 2026, 12:57

Spotify süni intellekt tərəfindən yaradılan və ya idarə olunan musiqiçi profillərini “AI Persona” xüsusi nişanı ilə işarələməyə başlayacaq.

Modern.az xəbər verir ki, bu barədə musiqi platformasının bloqunda məlumat verilib.

Bildirilib ki, yeni nişan dinləyicilərə ifaçının “şəxsiyyətinin süni intellekt tərəfindən yaradılmış ola biləcəyini və real insanla əlaqəsinin olmadığını” anlamağa imkan verəcək.

Spotify eyni zamanda bu cür hesabların musiqilərini istifadəçilərin tövsiyələrindən çıxaracaq.

Lakin istifadəçi süni intellekt tərəfindən yaradılan musiqiçiyə özü abunə olubsa, həmin ifaçının mahnıları onun tövsiyələrində görünməyə davam edəcək.

Şirkətin bu addımı platformada süni intellekt vasitəsilə yaradılan musiqi və ifaçıların sayının artması fonunda istifadəçilərin qarşılaşdıqları məzmun barədə daha şəffaf məlumatlandırılmasını təmin etmək məqsədi daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Moskvada dəhşətli partlayış - Ölənlər var