Modern.az

Naxçıvanda yüksək vəzifəyə təyinat olub

Naxçıvanda yüksək vəzifəyə təyinat olub

Aktual

Bu gün, 17:41

Şamil Məmmədsaleh oğlu Əliyev Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb.

Həmin əmrə əsasən, Şamil Əliyev həm də Naxçıvan Regional DOST Mərkəzinin direktorunun səlahiyyətlərini icra edəcək.

Şamil Əliyev Vətən müharibəsi iştirakçısıdır. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində menecment ixtisası üzrə ali təhsil alıb. O, əmək fəaliyyətinə 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunda başlayıb, 2019-cu ildən isə DOST Agentliyində fəaliyyət göstərir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ