Modern.az

İran və Oman Hörmüz boğazı ilə bağlı RAZILAŞDI

İran və Oman Hörmüz boğazı ilə bağlı RAZILAŞDI

Aktual

Bu gün, 22:59

İran və Oman arasında iki ay davam edən intensiv texniki və diplomatik danışıqların yekununa əsasən razılaşma əldə edilib.

Modern.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, Tehran və Maskat arasındakı razılaşma tezliklə Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə elan ediləcək. Mənbənin sözlərinə görə, qarşıdan gələn görüşdə İraq nümayəndələri də iştirak edəcəklər.

Razılaşma İran və Oman arasındakı boğazdan keçən yeni giriş və çıxış yollarının təfərrüatlarını və xarakteristikalarını əhatə edir.

Mənbənin bildirdiyinə görə, bu razılaşma Hörmüz boğazının açılması demək deyil. İranla Oman arasındakı razılaşma yalnız o deməkdir ki, boğaz yalnız bu razılaşma əsasında açıla bilər və bu da İranın suverenliyini təsdiqləmək üçün bir addım hesab olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi