Modern.az

Ermənilər antiterror əməliyyatında belə təşvişə düşmüşdü – VİDEO

Ermənilər antiterror əməliyyatında belə təşvişə düşmüşdü – VİDEO

Aktual

Bu gün, 22:38

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda başladığı lokal xarakterli antiterror tədbirləri həmin vaxt Ermənistan mediası və separatçı rejimin nümayəndələri tərəfindən fərqli şəkildə təqdim edilirdi.

Modern.az xəbər verir ki, həmin gün yayımlanmış videolardan birində baş verənlər “Azərbaycanın Qarabağa qarşı yeni hərbi təcavüzü” kimi təqdim olunurdu.

Videoda bildirilirdi ki, Xankəndidə atəş səsləri eşidilir və hava həyəcanı siqnalı verilib. Həmçinin Şuşa yaxınlığındakı Şuşakənd ərazisinin atəşə tutulduğu, Əsgəranda da hərbi gərginliyin artdığı iddia edilirdi.

Həmin vaxt separatçı qurumun “parlamentinin deputatı” Metakse Akopyanın sosial şəbəkədə “Qarabağda müharibə gedir” yazdığı da videoda qeyd olunurdu.

Azərbaycan isə sentyabrın 19-da həyata keçirilən əməliyyatı lokal xarakterli antiterror tədbirləri kimi açıqlamışdı. Müdafiə Nazirliyinin həmin gün yaydığı məlumatda məqsədinin Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması və tərksilah edilməsi, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və ölkənin konstitusiya quruluşunun bərpası olduğu bildirilirdi. 

Nazirlik eyni zamanda mülki əhalinin və mülki infrastrukturun hədəfə alınmadığını, yüksək dəqiqlikli silahlarla yalnız hərbi hədəflərin sıradan çıxarıldığını bəyan etmişdi. 

Antiterror tədbirləri bir sutkadan az davam etdi. Sentyabrın 20-də silahlı birləşmələrin silahı yerə qoyması və tərksilah olunması ilə bağlı razılıq əldə edildi. Azərbaycan rəhbərliyi əməliyyatın nəticəsində ölkənin Qarabağ üzərində konstitusiya quruluşunun və suverenliyinin tam bərpa edildiyini bəyan edib. 

Arxiv görüntüləri həmin günlərdə Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirlərinin Ermənistan informasiya məkanında hansı formada təqdim edildiyini göstərir.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı