"Xalq Bank" avtomobil sahibi olmaq istəyən müştərilər üçün yeni kredit kampaniyasına start verir.
Modern.az xəbər verir ki, kampaniya müddəti ərzində müştərilər avtomobil alışı üçün sərfəli şərtlərlə 250 000 AZN-dək kredit məbləğindən yararlana bilərlər. Kredit 59 ayadək müddətə və müddətdən asılı olmayaraq illik 12 %-lə təqdim olunur.
Qeyd edək ki, kampaniya çərçivəsində ekoloji nəqliyyat vasitələrinə üstünlük verən müştərilər üçün də sərfəli şərtlər təqdim edilir. Belə ki, elektrik mühərrikli avtomobil almaq istəyən şəxslər illik 12 %-lə kreditlə yanaşı, 20 % ilkin ödəniş imkanından da yararlana bilərlər.
Kampaniya 31.05.2027-ci il tarixinədək davam edir.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, //www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.