Azərbaycan Dövlət Su Ehtiyatları Agnetliyinin (ADSEA) sədri Zaur Mikayılovun sentyabr ayında həyata keçiriləcək vətəndaş qəbulunun tarixi dəyişdirilib.
Modern.az ADSEA-ya istinadən xəbər verir ki, Z. Mikayılovun 25 sentyabr tarixində Samux rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi sentyabrın 29-na dəyişdirilib.
Qeyd edək ki, vətəndaş görüşü Samux rayonunda Samux rayonu və Gəncə şəhərinin sakinləri üçün nəzərdə tutulub.