Modern.az

Brakonyerlik edən şəxs saxlanıldı

Brakonyerlik edən şəxs saxlanıldı

Aktual

23 Sentyabr 2026, 16:22

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Modern.az xəbər verir ki, İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan A.Şirinov saxlanılıb. Həmin şəxsdən müxtəlif növ qadağan olunan ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan balıqlar aşkarlanıb. 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?