Modern.az

Bakıda evdən 33 min manat oğurlandı

Bakıda evdən 33 min manat oğurlandı

Aktual

23 Sentyabr 2026, 17:51

Paytaxtın Xəzər rayonu ərazisində yerləşən mənzillərin birindən pul oğurlanması barədə polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a  verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən V.Qurbanov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin tanışının evindən 33 min manat pul vəsaitini oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?