“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Astara Terminalında (İran ərazisində) 2026-cı ilin yanvar-sentyabr aylarında 631 min tondan çox yük aşırılıb.
ADY-dan Modern.az-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz çoxdur.
Təkcə 2026-cı ilin sentyabr ayında terminalda 93 min tondan çox yük aşırılıb. Bu da ötən ilin müvafiq ayının göstəricisi ilə müqayisədə 52 faiz artım deməkdir.
