Modern.az

Putin İranın mövqeyini Trampa çatdırıb

Putin İranın mövqeyini Trampa çatdırıb

Aktual

Bu gün, 13:20

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla razılaşdıraraq münaqişənin mümkün həlli ilə bağlı İran tərəfinin mövqeyini ABŞ Prezidenti Donald Trampa çatdırıb.

Modern.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, Putin İran Prezidenti Məsud Pezeşkianla Türkmənistanda keçirilən sammit çərçivəsində iki görüş keçirib.

Görüşlərdən birində Rusiya lideri İran prezidentinə Trampla planlaşdırılan telefon danışığı barədə məlumat verib.

Qeyd edək ki, Putinlə Tramp arasında oktyabrın 9-da baş tutan telefon danışığı təxminən bir saat yarım davam edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər