Modern.az

Meşədə yanmış meyiti tapılan vəzifəli şəxs imiş - FOTO

Meşədə yanmış meyiti tapılan vəzifəli şəxs imiş - FOTO

Aktual

Bu gün, 10:49

Oğuzda meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş.

Modern.az Ölkə.az-a istinadən xəbər verir ki,  o, Həbib Babayev adına şəhər 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.

Hadisənin təfərrüatları hələlik məlum deyil. 

Qeyd edək ki, 1965-ci il təvəllüdlü Aqil Ədil oğlu Rəsulovun yanmış meyiti oktyabrın 31-də səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!