Ermənistanın Baş naziri Nikol Paşinyan işgüzar səfərlə Belçikanın paytaxtı Brüsselə yola düşüb.
Modern.az xəbər verir ki, Paşinyan səfər çərçivəsində “Euronews” telekanalının təşkilatçılığı ilə keçirilən “Avropa İttifaqının genişlənməsi – 2026” sammitində iştirak edəcək.
“Avropanın gələcəyi” devizi altında təşkil olunan sammitdə Avropa İttifaqının genişlənmə perspektivləri, Avropanın təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və siyasi islahatlar müzakirə olunacaq.
Sammitdə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, eləcə də bir sıra Avropa ölkələrinin liderlərinin iştirakı nəzərdə tutulub.
Paşinyanın Brüsselə səfəri çərçivəsində xarici tərəfdaşlarla ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.