Modern.az

Bundan sonrakı addımlar Vaşinqtondan asılıdır - Qalibaf

Bundan sonrakı addımlar Vaşinqtondan asılıdır - Qalibaf

Dünya

Bu gün, 10:57

İran ABŞ tərəfinə qətiyyətli və məntiqli cavab verib. Bundan sonrakı addımlar Vaşinqtondan asılıdır.

Modern.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf parlamentin iclasından əvvəl çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, qarşı tərəfin istənilən yanlış hesablamasına Tehranın cavabı gözlənilməz olacaq.

Qalibaf vurğulayıb ki, təhdidlər və hərbi əməliyyatlar vasitəsilə İran xalqını təslim olmağa məcbur etmək cəhdləri uğursuzluğa məhkumdur.

“Onlar ciddi şəkildə yanılırlar”, – deyə parlament sədri bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğana kritik çağırış edildi: 8 noyabrda Bakıda ol!