Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 45 nəfər xəsarət alıb.
Modern.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində İsparta–Beyşehir avtomobil yolunda baş verib.
Məlumata görə, şəhərlərarası sərnişin daşımalarını həyata keçirən avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq yol kənarındakı xəndəyə aşıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.