Modern.az

Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün - Deputat

Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün - Deputat

Ölkə

Bu gün, 12:16

Deputat Eldar Quliyev “Böyük Qayıdış” proqramı çərçivəsində təhsil müəssisələrinin yataqxanalarında məskunlaşmış keçmiş məcburi köçkünlərin ilk növbədə köçürülməsini təklif edib.

Modern.az xəbər verir ki, deputat bu barədə Milli Məclisin bugünkü plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı danışıb.

E.Quliyev bildirib ki, torpaqlarımızın işğalından sonra məcburi köçkünlərin bir hissəsi təhsil müəssisələrinin yataqxanalarında yerləşdirilib. Onların doğma yurdlarına qayıdışına üstünlük verilməsi tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına da imkan yaradar.

“Hazırda “Böyük Qayıdış” uğurla davam edir. Yaxşı olardı ki, bu proqram çərçivəsində ilk növbədə yataqxanalarda məskunlaşmış əhalinin köçürülməsi təmin edilsin. Belə olarsa, yataqxanalara ehtiyacı olan tələbələr üçün əlverişli şərait yaratmaq mümkün olar”, – deputat vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! ABŞ əlavə qoşun yığır - İrana dəhşətli hücum...