Modern.az

Zakir Həsənov hərbçilərə ali rütbələri təqdim etdi - FOTO

Zakir Həsənov hərbçilərə ali rütbələri təqdim etdi - FOTO

Aktual

Bu gün, 09:57

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-leytenant" və "general-mayor" ali hərbi rütbələrinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə rütbələr təqdim edilib.

General-polkovnik Z.Həsənov Ali Baş Komandanın təbrikini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Təltif olunan zabitlər öz növbələrində göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.1563250

 

1563251

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Krım körpüsünü vurdu - Hərəkət iflic oldu