Modern.az

UNEC ilə Gürcüstanın 6 universiteti arasında memorandum imzalanıb

UNEC ilə Gürcüstanın 6 universiteti arasında memorandum imzalanıb

Təhsil

Bu gün, 12:25

UNEC-in rektoru, professor Ədalət Muradov Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransında iştirak edir. 

Modern.az xəbər verir ki, Konfransın açılış mərasimində Gürcüstan Texniki Universitetinin rektoru David Gurgenidze, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev, Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisoniya, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış ediblər. Çıxışlarda iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişafı, universitetlərarası əlaqələrin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

UNEC rektoru, professor Ədalət Muradov konfransın “Ali təhsildə Gürcüstan–Azərbaycan əməkdaşlığı: dialoqdan strateji tərəfdaşlığa” adlı panelində çıxış edib. Rektor Gürcüstan universitetləri ilə əməkdaşlığın inkişafına dair UNEC-in yanaşma və baxışlarını bölüşüb, universitetlərarası tərəfdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərini səsləndirib.

Konfrans çərçivəsində UNEC ilə Gürcüstanın bir sıra ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb. Sənədlər Gürcüstan Milli Universiteti, Qori Dövlət Universiteti, Batumi Şota Rustaveli Dövlət Universiteti, Biznes və Texnologiya Universiteti, Yeni Baxış Universiteti və Gürcüstan İctimai Əlaqələr İnstitutu ilə əməkdaşlığı əhatə edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! ABŞ əlavə qoşun yığır - İrana dəhşətli hücum...