Modern.az

Almaniyanın xarici işlər naziri bu gün Bakıya gəlir

Almaniyanın xarici işlər naziri bu gün Bakıya gəlir

Ölkə

Bu gün, 12:57

Almaniyanın xarici işlər naziri Yohann Vadeful noyabrın 17-də Azərbaycana səfər edəcək.

Modern.az xəbər verir ki, “Deutschlandfunk” radiosu bu barədə Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Səfər çərçivəsində nazirin Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulur.

Danışıqlarda iyul ayında razılaşdırılmış strateji gündəliyin həyata keçirilməsi, Ermənistanla sülh prosesi və Rusiyanın Cənubi Qafqazdakı rolu əsas müzakirə mövzuları olacaq.

Vadeful noyabrın 18-də Ermənistana yollanacaq. İrəvanda keçiriləcək görüşlərdə Ermənistanın Avropa İttifaqına yaxınlaşması və Azərbaycanla münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! ABŞ əlavə qoşun yığır - İrana dəhşətli hücum...