Modern.az

Tanınmış həkimin anası koronavirusdan öldü

Tanınmış həkimin anası koronavirusdan öldü

Allah rəhmət eləsi̇n

27 Dekabr 2021, 22:03

Tanınmış həkim Vasif İsmayıla ağır itki üz verib. Modern.az xəbər verir ki, Vasif İsmayılın anası Hafizə xanım bu gün vəfat edib.

"Anamı bir az əvvəl itirdik. Qırx gün koronavirus bəlasının fəsadları ilə mübarizə apardı.

Buraya qədərmiş.

Anamın canı üçün əlləşən Dr. Araz bəyə, Mərkəzi Gömrük Hospitalının rəhbəri Dr. Elman bəy, bütün Gömrük hospitalı əməkdaşlarına, dostlarıma minnətdarlığımı bildirir, haqlarını halal etmələrini ərz edirəm"- Vasif İsmayıl bildirib.

Mərhumun dəfni öz ad günündə, 69 illiyində (28.12.2021) Sumqayıt şəhər məzarlığında olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı