Modern.az

Şair Əli Vəkil vəfat etdi

Şair Əli Vəkil vəfat etdi

Allah rəhmət eləsi̇n

7 Fevral 2022, 15:30

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, tərcüməçi Əli Vəkil vəfat edib.

 

Bu barədə Modern.az-a AYB-dən məlumat verilib.

 

Əli Vəkilin bu gün ürək çatışmazlığından vəfat etdiyi qeyd edilib.

 

Əli Vəkil (Səfiyev Əli Vəkil oğlu) 1938-ci il iyunun 10-da Basarkeçər rayonunun Yuxarı Şorca kəndində kolxozçu ailəsində anadan olub. Əmək fəaliyyətinə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlayıb. 1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şairin “Zəfər çələngi” (1967), “İki günəş” (1971), “Doğma Yollar” (1979), “Ata həsrəti” ( 1979), “Göyərçinlər” ( 1983), “Yeddi dağ” ( 1984), “Şəlalə” (1988), “Ana qayğısı” (1991) kimi kitabları çap olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı