Azərbaycanda 2026-cı ilin yanvar–oktyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar–sentyabr ayları üzrə bu göstərici 5,7 faiz olub.
Beləliklə, on aylıq dövr üzrə orta illik inflyasiya göstəricisi doqquz aylıq dövrlə müqayisədə 0,1 faiz bəndi aşağı düşüb.