Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa limanının infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücum edilib.
Modern.az xəbər verir ki, OSINT kanallarının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı Rusiyanın ən böyük neft terminalı hədəfə alınıb.
Təxminən 100 hektar ərazini əhatə edən kompleksin illik yükaşırma gücü 30 milyon ton neft məhsulu təşkil edir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə liman kompleksinin ərazisində güclü alov və azı iki yanğın ocağı müşahidə olunur.
Dəyən ziyanın miqyası və xəsarət alanların olub-olmaması barədə məlumatlar dəqiqləşdirilir.