Modern.az

ABŞ Konqresində respublikaçıların yeni liderləri bəlli oldu 

ABŞ Konqresində respublikaçıların yeni liderləri bəlli oldu 

Dünya

Bu gün, 09:24

ABŞ Konqresinin yeni çağırışında respublikaçıların Senatdakı lideri Con Tunun, Nümayəndələr Palatasındakı azlıq fraksiyasının rəhbəri isə Cim Cordanın olacağı gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

“The Hill” nəşrinin yazdığına görə, Con Tun respublikaçı fraksiyasındakı mühafizəkar tənqidçilərlə gərgin mübarizədən sonra Senatda partiyasının lideri vəzifəsinə yenidən seçilib. Nəşr bildirir ki, Tun respublikaçıların yekdil dəstəyi ilə bu posta layiq görülüb.

Digər tərəfdən, Nümayəndələr Palatasının Hüquq Komitəsinin sədri Cim Cordan hazırkı respublikaçı lider Stiv Skalizi qabaqlayaraq palatada azlıq fraksiyasının rəhbəri olacaq.

“Politico”nun məlumatına görə, Cordan gizli səsvermədə 106 səslə qalib gəlib. Onun rəqibi Skaliz isə 73 səs toplayıb.

Nəşr qeyd edir ki, bu, Cordanın respublikaçı fraksiyasına rəhbərlik etmək üçün üçüncü cəhdi olub.

Nümayəndələr Palatasının vəzifəsini tərk edən respublikaçı spikeri Mayk Conson Cordanı təbrik edərək onu “etimada layiq lider” adlandırıb.

Qeyd edək ki, yeni çağırış Konqres 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.

Noyabrın 3-də keçirilən aralıq seçkilərinin nəticələrinə əsasən, respublikaçılar Konqresin hər iki palatası üzərində nəzarəti itiriblər. Üstəlik, onlar onilliklər ərzində üstünlük təşkil etdikləri bir sıra ştatlarda da məğlubiyyətlə üzləşiblər.

Sizə yeni x var
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rusiyanın əsas bazası külə döndü!