Modern.az

Pentaqon rəhbərinin impiçment cəhdinin qarşısı alındı

Pentaqon rəhbərinin impiçment cəhdinin qarşısı alındı

Dünya

Bu gün, 10:02

ABŞ Nümayəndələr Palatasındakı respublikaçılar Pentaqonun rəhbəri Pit Heqsetə qarşı impiçment prosedurunun başlanması cəhdinin qarşısını ala biliblər.

Modern.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Nümayəndələr Palatasında respublikaçıların irəli sürdüyü prosedur təklifi üzrə səsvermə keçirilib. Təklif konqresmen Tomas Massinin Müharibə naziri vəzifəsini icra edən Pit Heqsetin impiçmenti ilə bağlı qətnamə layihəsinin Hüquq Komitəsinə göndərilməsini nəzərdə tuturdu. Təklifin qəbul edilməsi üçün sadə səs çoxluğu tələb olunurdu.

“The Hill” nəşrinin yazdığına görə, gərgin keçən səsvermədə 211 nəfər təklifin lehinə, 204 nəfər isə əleyhinə səs verib. 

Nəşr bildirir ki, bu qərar Heqsetə qarşı impiçment cəhdlərinin Konqresin növbəti çağırışınadək faktiki olaraq dayandırılması deməkdir.

Bundan əvvəl Ağ Ev Pit Heqsetə qarşı impiçment təşəbbüsünə rəsmi şəkildə etiraz edib.

Ağ Evin saytında yayılan bəyanatda bildirilib:

“Administrasiya Heqsetə qarşı bu impiçment qətnaməsinin əleyhinə qətiyyətlə çıxış edir. Bu, döyüşçülərimizin mövqelərini, ölkəmizin Konstitusiyasını və milli təhlükəsizliyimizi sarsıtmağa yönəlmiş saxta və siyasi motivli cəhddir”.

Qeyd edək ki, Respublikaçılar Partiyasından olan Nümayəndələr Palatasının üzvü Tomas Massi Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə layihəsini ABŞ Konqresinə təqdim edib.

Konqresmen Heqseti Konqresin icazəsi olmadan İrana qarşı müharibə aparmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rusiyanın əsas bazası külə döndü!