Modern.az

Paşinyan Türkiyəyə getdi

Paşinyan Türkiyəyə getdi

Dünya

Bu gün, 08:13

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısı öz "Telegram" kanalında bildirib.

Paşinyan Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan Liderlər Sammitində iştirak edəcək.

Səfər zamanı Ermənistanın Baş nazirinin xarici tərəfdaşlarla ikitərəfli görüşləri də planlaşdırılır.

Qeyd edək ki, Paşinyan Fransaya işgüzar səfərindən sonra Türkiyəyə yola düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması