Ukraynanın Mariupol şəhərinin müdafiəsi zamanı azərbaycanlı döyüşçü Rafael Ağayev həlak olub. O, Ukrayna Dəniz Piyadaları Korpusunun tərkibində döyüşlərə qatılıb.
Modern.az-ın məlumatına görə, Rafaellə bağlı xəbəri onun ukraynalı dostu Leonid Ostaltsev ictimailəşdirib.
Ostalsev Rafaelənin onunla birlikdə “Pizza Veterano” şəbəkəsini sahibi olduğunu bildirib.
"Sən mənə pizza bişirməyi öyrətdin, bundan sonra həyatım dəyişdi. Sonra 2014-cü ildə döyüşə getdin, çünki sən başqa cür edə bilməzdin. Qayıdanda pizza bişirməyi unutmadığımızı bilmək üçün birlikdə işə başladıq. İlk "Pizza Veterano" açılanda sən yanımda oldun. Kömək etdin, dəstəklədin, təlimat verdin, öyrətdin, qəzəbləndin, sevdin", - deyə Ostaltsev dostu haqqında kədərlə Facebook hesabında yazıb.
Allah rəhmət eləsin..