19 Noyabr 2016, 10:42 | Ana Səhifə - Yazılar - “Heydər Əliyev bizə dedi ki...”
“Heydər Əliyev bizə dedi ki...”

Vüqar Tofiqli

Daim quruculuq və yenilik eşqiylə yaşayan Ağdam və rayon sakinləri  bu gün də yeni layihələrin icrasını davam etdirməkdədirlər.

Bəs 24 il əvvəl,  1992-aprel-may aylarında şəhərdə vəziyyət necə idi? Siyasi proseslərin episentrində olan Ağdam bu gərginliyi necə yola verirdi?

Həmsöhbətim Mehdi Mehdiyevlə o illərə bir daha  qayıtmaqla tarixin bu səhifəsini vərəqləmək, o illərdə yazılanlara nəzər yetirmək istədik.

Söhbətimiz müasir Ağdamın simvoluna çevrilən “Çay evi”ndə  baş tutdu. Bəlkə də bu bir təsadüf idi, bilmirəm, amma hər ikimiz çöx nikbin idik.  Sanki özümüzü Ağdamdakı “Çay evi”ndə hiss edirdik.

O illərdə Ağdam Qarabağın həm də siyası mərkəzinə çevrilmişdi. Şəhər Dağlıq Qarabağda yurd-yuvasından  didərgin düşən hər bir qarabağlıya öz qoynunda yer  vermişdi. 

Yəqin ki, hamının yaxşı yadındadı ki, Ağdam Qarabağ əhalisi üçün bir güvənc, istinad yeri idi.  1992- ci ilin mart ayının 12-də Ermənistanın Silahlı birləşmələri Sırxavənd kəndini işğal etdiyi gün Ağdam şəhəri ciddi “Qrad” yağışına tutulmuşdu. Şəhər ciddi dağıntıya  məruz qalmışdı. İnsan tələfatı var idi. Amma şəhər yerində idi...

Və belə bir gərgin zamanda ölkə seçkilərə hazırlaşırdı. Siyasi proseslər ölkədə ciddi mübarizə gedəcəyindən xəbər verirdi...

Həmsöhbətim Ağdərə rayonunun Sırxavənd kəndindəndir. Şuşa pedaqoji məktəbi və Bakı Dövlət Universitetini bitirdikdən sönra doğma Sırxavənd kənd orta məktəbinə işləməyə gəlir.

1990- cı ilin “Qanlı yanvar” hadisələrindən sonra kənddə partiya iclası keçirir və kütləvi şəklidə partbiletlərin təhvil verilməsini təşkil edir.

Xalq hərəkatının yerli nümayəndələrindən olsa da, ciddi fikir ayrılığı var idi.

Ağdama pənah gətirən Mehdi Mehdiyev  yaş senzinin götürülməsiylə bağlı təklif irəli sürür. Ağdərə rayonundan olan Vaqif Sarikişiyev, İlyas Həsənov  və Ağdamın  Qalayçılar kəndindən Arif adında (təəsüf ki soyadını yada sala bilmədi-V.T.)  unutduğu bir nəfərlə birgə şəhərin mərkəzi meydanında mitinq təşkil edir. Mitinqin təşkilində əsas məqsəd yaş senzinin götürlməsinə nail olmaq və o illərdə Naxçıvan Ali  Məclsinin sədri işləyən Heydər Əliyevin seçkilərdə namizəd kimi qeydə alınmasına şərait yaradılmasını tələb etmək idi.

-          Ağdamın mərkəzi meydanı şəhər sakinləriylə dolu idi. Yalan olmasın, üç min nəfərə yaxın adam var idi.  Aralarında torpağını, varını dövlətini itirən sakinlərdə az deyildi. Onların “ağızları qanla dolmuşdu”. Hamı bir nəfər kimi siyasi proseslərdə yekdil fikirlərin söyləniməsini tələb edirdi. Biz ulu öndərin namizəd kimi qeydə alınmasına çalırşırdıq.

Düzdü, çox gərgin vaxt idi. Həyatımız təhlükə qarşısında idi. Amma mitinqi təşkil etdik. AzTV-nın bölgə müxbiri Allahverdi Əsədov da o mitiniqi lentə aldı. Ancaq  ölkənin siyasi rəhbərliyinin təsiri ilə süjet efirə verilmədi...

İstəyirdik ki, Heydər Əliyev namizəd kimi qeydə alınsın və seçkilərə qatılsın. İnanırdıq ki, xalq öz sözünü deyəcək. Ancaq  müəyyən siyasi ambisiyalar bu fikrin reallaşmasına maneə oldu.

Və nəticə də göz qabağındadır...

Bu gün gördüyünüz kimi, Ağdam yaşayır və inkişaf edir. Ağdamlılar isə həmişə olduğu kimi vətəninə,  dövlətinə və prezidentinə sədaqətlə xidmət edərək, cəmiyyətdə  öz sözlərini deyirlər. Bu elə 24 il əvvəldə belə idi. 

Bu gün Ağdamın işğal altında olmayan 28 faizlik ərzisində Ağdam Rayon İcra Hakmiyyətinin təşkilatşılığı ilə planlı  və sistemli şəkildə quruculuq işləri davam etməkdədir... 

Demək, bu hadisədən düz beş il sonra Bərdə rayon ATS-nın rəisi Mehdi Mehdiyevi təcili Bakıya getməli olduğunu deyir.

AzTV-nın ö o zamankı sədri Nizami Xudiyev Heydər Əliyevin onunla maraqlandığını söyləyir. Sonradan məlum olur ki, həmin mitinqin çəkilişini Allahverdi Əsədovun səyi ilə televiziyada verilib. Və Heydər Əliyev mitinq təşkilatıçılarıyla görüşmək arzusunda olduğunu bildirir.


Görüş baş tutur və maraqlı alınır.

-          İki saatdək davam edən görüşdə çox şeyləri öyrəndim.

Heç yadımdan çıxmaz, bizə yaxınlaşıb ayaqüstü beş dəqiqəyədək söhbət etdi. Sanki müəyyən gərginliyi aradan qaldırırdı. Bizi sonadək dinlədi. Həmin mitinqin keçirillməsində məqsəd və məramımız haqqında soruşdu.

Heydər Əliyev  bizə dedi ki, sizə təşəkkür edirəm ki, həyatınızı təhlükə altına atıb qanunvericilikdə dəyişikiliyin edilməsini cəsarətlə tələb etmisiniz.

Sonda Ağdərə rayonu haqqında danışdı. Elə danışdı ki, açığı belə hiss etdim ki, o yerləri əlinin içi kimi yaxşı tanıyır.

Ağdama və Ağdərəyə etdiyi səfərləri xatırlatdı.

Söhbətdə çox kövrək hisslərə toxundu...

Həmsöhbətimlə söhbətimiz davam edir. Amma onun gözlərinin necə həsrət içində yandığını görürəm. Torpaqların alınmasından da əvvəl, rayonun inzibati ərazi vahidi kimi bərpasını arzu edir.

Birinci dəfə kəndinin işğal altından azad edildikdən sonra, Sırxavəndə getdiyini xatırlayır. O illərdə kənddə yüzdən artıq evin olduğunu deyən həmsöhbətim, iki ay ərzində bütün evlərin yandırıldığının şahidi olduğunu dedi.

-          Bax budur vandalizm. Bax budur erməni vəhşiliyi...

Sırxavənd kəndi 1993 - cü ildən Ağdamın inzibati ərazisinə verilib.  Ümumulikdə Ağdərənin beş kəndi hazırda Ağdam ərazisinə düşüb.

Müharibədən əvvəl 1200 nəfər sakin var idi. İndi isə iki mini keçmişik. Kəndin əsas hissəsi Bərdə və Ağdam rayonlarında məskunlaşıb.  Amma ümilikdə ölkəmizin 16 rayonunda sırxavəndli  məskunlaşıb...

Birinci Qarabağ müharibəsi dövründə peşəkar hərbçi kimi Şirin Mirzəyevin fəaliyyətini görmüşəm...

Bizim kəndimiz Ağdamın Əliağalı kəndindən 10 kilometr aralıda yerləşir. Dağlıq ərazi olsa da, torpaqlarımız zəngin təbbi sərvətləriylə seçilirdi...

Həmsöhbətimlə söhbətə yekun vururam. İki arzusunun tezliklə reallaşmağını gözləyir:

-           Niyyət etdiyim arzular həmişə gerşəkləşib. Yaş senzi götürüldü, xalq öz seçimini etdi. Heydər Əliyevi hakimiyyətə gətirdi. Və bugün ulu öndərlə görüşümüz, söhbətimiz mənim yetmişi yaşı haqladığım bir vaxtda yaddaşımda qalan, deyərdim, ən dəyərli xatirədir.

Niyyət etmişəm ki, kəndin girişindən bizim evə olan beşkilometrlik yolu ayaqyalın gedəcəyəm. İkinci bir arzum dərs dediyim məktəbin bərpasından sonra onun qarşısında dayanıb, məktəbə gələn hər bir şagirdi bağrıma basıb onlara “sag ol” deməkdir.

Bu gərgin dövrdə bizim dərs dediyimiz şagirdlərin hər biri öz işləyilə məşğuldur. Şükürlər olsun ki, onların heç biri pis əməl sahibi  olmadılar...

Mən ömrüm boyu ağdamlıarın bizə etdikləri yaxşılıqları unutmaram...

Daha bir qarabağlıyla söhbətə yekun vururam. Hiss olunurdu ki, doğma Sırxavəndi üçün çox darıxıb...

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Bu qidalar ürək-damar xəstəliyi riskini azaldır - ARAŞDIRMA 5 Dekabr 2020, 01:11 “Bu, ölümcül bir səhv idi” - Köçəryan müharibədən danışdı 5 Dekabr 2020, 01:00 Xocalıda itkin düşən üç nəfərin taleyi ilə bağlı videoreportaj 5 Dekabr 2020, 00:48 Ərdoğan peyvənd olunacaq? 5 Dekabr 2020, 00:33 Həftəsonu ictimai nəqliyyat işləməyəcək 5 Dekabr 2020, 00:18 Dostunu qucaqlaması ilə hər kəsi duyğulandıran qazimiz: “Sağ olduğunu eşidəndə...” – VİDEO 5 Dekabr 2020, 00:09 Bakıda iki maşın toqquşdu 4 Dekabr 2020, 23:56 Putin Çubaysa vəzifə verdi 4 Dekabr 2020, 23:42 “Türkiyənin NATO üzvü olması münasibətlərimiz üçün əngəl deyil” - Lavrov 4 Dekabr 2020, 23:28 İmişlidə ağır qəza - 7 nəfər yaralandı 4 Dekabr 2020, 23:14 Samuxda evdə partlayış - xəsarət alan var 4 Dekabr 2020, 23:01 Bakıda bu yerlər Azərbaycan bayrağı ilə işıqlandırıldı - FOTO 4 Dekabr 2020, 22:50 Serbiya Azərbaycana olan borcunu qaytaracaq 4 Dekabr 2020, 22:44 Putin Təhlükəsizlik Şurasını topladı 4 Dekabr 2020, 22:33 FİFA-dan dünya çempionatı ilə bağlı qərar 4 Dekabr 2020, 22:22 Koronavirusdan sağalan deputat: “Onunla qətiyyən zarafat etmək olmaz” 4 Dekabr 2020, 22:09 Kəlbəcərdə alban-udilərlə erməni keşişlər arasında mübahisə düşdü- VİDEO 4 Dekabr 2020, 21:58 Vətən müharibəsi şəhidlərinin xatirəsi Daşkənddə də anıldı - FOTO 4 Dekabr 2020, 21:45 Bu stadiona Maradonanın adı verildi 4 Dekabr 2020, 21:31 “Putin deyib ki, Qarabağın müstəqilliyi tanınmayıb” - Peskov 4 Dekabr 2020, 21:20 Universitet müəllimi koronavirusdan vəfat etdi 4 Dekabr 2020, 21:07 Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı 4 Dekabr 2020, 21:00 2021-ci ildə dünyanı fəlakət gözləyir - BMT 4 Dekabr 2020, 20:50 Daha bir prezident özünü təcrid etdi 4 Dekabr 2020, 20:37 Naxçıvanda toy edənlər həbs olundu 4 Dekabr 2020, 20:22 Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Cavanşir Feyziyev 4 Dekabr 2020, 20:14 Buxara Yəhudiləri Konqresinin prezidenti İlham Əliyevi təbrik etdi 4 Dekabr 2020, 20:04 Alimlər COVID-19-a qarşı effektiv maddə aşkarladı 4 Dekabr 2020, 19:33 İranda daha 347 nəfər koronavirusdan öldü 4 Dekabr 2020, 19:24 Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - VİDEO 4 Dekabr 2020, 19:15 Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır 4 Dekabr 2020, 19:06 “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi - FOTO 4 Dekabr 2020, 18:47 Bakıda ofisdən oğurluq olub 4 Dekabr 2020, 18:38 Ceyhun Bayramov bolqar həmkarı ilə telefonla danışdı 4 Dekabr 2020, 18:29 İranın Azərbaycandakı səfiri Naxçıvana səfər etdi 4 Dekabr 2020, 18:20
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?