Modern.az

Azərbaycanlıların çalışdığı Moskva bazarında dron partlayışı

Azərbaycanlıların çalışdığı Moskva bazarında dron partlayışı

Aktual

Bu gün, 16:21

Moskvaya həyata keçirilən kütləvi dron hücumu zamanı vurulan pilotsuz uçuş aparatlarından birinin qalıqları “Sadovod” ticarət kompleksinin ərazisinə düşüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bazardakı tikililərdən biri zədələnib və ərazidə yanğın baş verib.

Moskva meri Sergey Sobyanin dron qalıqlarının “Sadovod”un ərazisinə düşdüyünü təsdiqləyib. “İnterfaks” da ticarət kompleksində yerləşən binanın zədələndiyini bildirib.

RBC-nin məlumatına görə, hücum zamanı bir neçə dron Moskva Neft Emalı Zavoduna çatıb, vurulan digər PUA-ların qalıqları isə “Sadovod” bazarına düşüb.

“Financial Times” yazıb ki, yanğın bazardakı ticarət sıralarına yayılıb, sahibkarların aylarla topladığı mallar məhv olub. Satıcılar zərərin milyonlarla rublla ölçüldüyünü bildiriblər.

Hadisədən sonra ticarət kompleksinin fəaliyyəti müvəqqəti dayandırılıb. “İnterfaks”ın məlumatına görə, “Sadovod”a gedən bəzi ictimai nəqliyyat marşrutları da ləğv olunub.

Qeyd edək ki, “Sadovod” Moskvada azərbaycanlıların da çalışdığı ən böyük topdan və pərakəndə satış mərkəzlərindən biridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı