Almaniyanın hərbi xərclərini kəskin şəkildə artırması Avropadakı qüvvələr balansını dəyişir.
Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Məlumata görə, Almaniyanın hərbi potensialını gücləndirməsi və Avropanın müdafiəsində artan rolu bəzi müttəfiqləri arasında narahatlıq doğurub.
Xüsusilə Polşa və Fransada Berlinin güclənməsinin mümkün nəticələri ilə bağlı ehtiyatlı yanaşma mövcuddur.