21 Noyabr 2016, 10:29 | Ana Səhifə - Yazılar - Azərbaycandan Suriya və İraqa SÜRGÜN EDİLƏNLƏRin HARAYI…
Azərbaycandan Suriya və İraqa SÜRGÜN EDİLƏNLƏRin HARAYI…

70 il Sovet İmperiyasının tərkibində yaşamağa məcbur olan xalqımızın tarixi ilə bağlı yeni araşdırmalara, ciddi tədqiqatlara ehtiyac var. Sovet dövründə tarixçilərimiz qalın-qalın qırmızı kitablar yazıblar, amma o kitabların əksəriyyətində tariximizə düzgün yanaşma olmayıb. İndi də təəssüf ki, tariximizi yazan, öyrənən tarixçilərimiz azdır . Biz gənc nəsli milli vətənpərvərlik ruhunda yetişdirməliyik. Hər bir insan üçün ən şərəflisi və ən gözəli öz Vətəninin tarixini araşdırmaq, öyrənməkdir.  
Azərbaycanda telekanalların demək olar ki, hamısı müğənnilərin həyatından geniş verilişlər hazırlayır. Bu verilişlərldə bəzi müğənnilər xalqımızın taleyinə aid qərarlar verirlər. O verilişlərə baxanlar hansı qənaətə gələcəklər, gənclər nə örnək götürəcək… Axı biz gənc nəsli belə yetişdirə bilmərik.   

 

Dünyanın 80-dən artıq ölkəsindən İŞİD-ə qoşulanlar arasında Azərbaycandan gedən könüllülər də var. Orada əlinə silah alıb döyüşənlər kimin və nəyin uğrunda vuruşduqlarını bilməyənlərdir. Onlardan soruşan gərək, sən kimin üçün atılmısan bu meydana, bu qarşıdurmalar nədən ötrüdür?

Hiylələr, fitnələr o qədər dərinə işləyib ki, insanları bu yoldan çəkindirmək belə, müşkülə çevrilib.

Birinci Qarabağ müharibəsində Liviyadan, Suriyadan muzdlu döyüşçülər Ermənistan ordusu ilə eyni cəbhədə döyüşürdülər. İçlərində Kərkük türkmənləri də olub, amma türkmənlər sonradan biliblər ki, döyüşdükləri Azərbaycan türkləridir, qarşı tərəfdəkilər canı canından, qanı qanından olanlardır. Bunu öyrənəndən sonra geri-öz vətənlərinə qayıdıblar.

Tarixin sınaqlarından uğurla çıxmış Hələb şəhəri indi yer üzündən silinmək üzrədir. Orda insanlar pərən–pərən düşüb, o yerlərin insanları ən ağır günlərini yaşayırlar. Məlum olduğu kimi, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin məqbərəsi də Hələbdə olduğundan bu şəhər həmişə bizə doğma olub.Amma indi baş verənləri acı-acı seyr edərək böyük bir tarixi olan bu qədim şəhərin dünyanın gözü qarşısında məhv edildiyinin şahidi oluruq. Tarixi abidələr, məscidlər, gözəl memarlıq nümunələri viran edilir. Suriyada daxili savaş başlayandan sonra əhali müxtəlif adlar altında çoxlu qruplara bölünüb və fərqli bölgələrdə müharibə aparır. Suriyada, demək olar, hər kəs silaha sarılıb.

Suriyada silahlanan qruplardan biri də türkmanlardır. Şam, Hələb və Lazkiyada 3,5 milyona qədər türkman yaşayır. Onların bir hissəsi Suriya müharibəsindən sonra Türkiyəyə köçüb. Qadın və uşaqlarını Türkiyəyə göndərən kişilərin çoxu Türkman Cəbhəsində savaşa başlayıb. Onların ən önəmli mövqelərindən biri Türkiyə sərhədləri yaxınlığındakı Türkman Dağı bölgəsidir.

Əhalisi çox olmayan Bayırbucaq türkmanları həm cəbhədə, həm də siyasətdə parçalanıblar. Onlar Əsəd dönəmində türkmanların başına gələnlərdən, işgəncə dəzgahlardan, səhranın ortasındakı həbsxanalardan elə danışırlar ki, insanın ağılı başından çıxır..

Sovetlər dağıldıqdan sonra Azərbaycana köçən suriyalı, iraqlı türkmənlərlə tez-tez görüşürəm. Təmasda olub görüşdüyüm Suriyanın Hələb şəhərində yaşamış şəxslərdən biri Çobanbəyli, digəri isə Öysüzlü qəbiləsindəndir. Onların sözlərindən məlum oldu ki, 1803-cü ildə Rusiya İmperiyasının general Sisyanovun Azərbaycan torpaqlarına hücumu zamanı Gəncə, Qazax, Naxçıvan, Ərdəbil və digər bölgələrdən Suriyada Hələb, İraqın Ərbilə şəhərlərinə köçürülüblər. Ərbildə indi türkmanlar yaşamasa da, qabaqlar soydaşlarımızın yaşadığı bir şəhər olub. Onları zaman-zaman kürdlər qırğına məruz qoyaraq, həmin şəhərdən sürgün ediblər. Hələb şəhərində isə azərbaycanlılar hələ də yaşayır… 

Onlar daha çox kəndlərdə məskunlaşıblar - qəbilə şəklində… amma tarixdən də bəlli olduğu kimi, canı canımızdan, qanı qanımızdan olan təmiz Azərbaycan türkləridir. 

Mənimlə söhbətində Suriyanın Hələb şəhərində yaşayan Çobanbəyli qəbiləsindən olan türkman qardaşımız bildirdi ki, orada yaşayanlar da təmiz Azərbaycan türkü olduqlarını yaxşı bilirlər. 

”Hətta Kərkükdə elə qəbilələr var ki, eynən Naxçıvan ləhcəsində danışırlar. O zaman Sovetlər Birliyi dağılanda ilk dəfə Azərbaycana gəlmişdim. Bir naxçıvanlı ilə tanış oldum. Danışığını eşidəndə elə bildim ki, kərküklüdür”.

 

1960-cı ildə Kərkükün 95 faizi türk idisə, 20 il sonra bu rəqəm 75 faizə qədər düşüb. Qeyd edək ki, İraqın sabiq lideri Səddam Hüseyn dövründə də türkmanlara qarşı haqızlıqlar davam edirdi.

Bütün bunlar öz yerində.

 Amma görüşdüyüm, mənə ürəklərini boşaldan Surya və İraq vətəndaşları adlarının çəkilməməsini xahiş etdilər. Onlardan biri isə yana-yana millətinin faciələrindən danışıb  qeyd etdi ki, oradakı həmvətənləri cəhalətin, savadsızlığın içində çabalayıb boğulurlar. Həmin savadsızlıq da belə faciələrə gətirib çıxarır. O danışır ki, 15 il qabaq Azərbaycana gələndə təyyarə limanında əmisi oğluyla görüşüb. Əmisi oğlu onun gəldiyi təyyarə ilə Suriyaya qayıdırmış. Əmisi oğlu soruşub ki, “bura niyə gəlmisən? Suriyada biz 4 sinif oxuyuruq. Sonra valideynlərimiz bizə ticarət etməyi öyrədirlər. Burada isə adicə süpürgəçinin də cibindən institut diplomu çıxır. Azərbaycanda insanlar çox savadlıdır. Biz onların heç süpürgəçisi ilə də bacarmarıq”. Sonda əmisi oğlu deyib ki, “mən qayıdıramm Suriyaya. Sən də qayıdacaqsan gec-tez”

Həmsöhbətimin sözlərindən sonra mən mədəniyyətin beşiyi olan Şərqdə əhalinin bu vəziyyətə düşməsinin səbəbini anladım – savadsızlıq.!

Ailəsini axtarmaq üçün Türkiyəyə səfər edən başqa bir soydaşımız isə işgəncə faktlarından danışdı. İŞİD Derzor şəhərində Şeytat qəbiləsini yer üzündən silib. Bələkdə yatan uşaqlara belə acımadan güllələyiblər. Bir nəfəri belə, salamat buraxmayıblar. Ərəb mənşəli bir qəbilənin 2500 üzvü bir nəfərinə kimi eyni gündə öldürülüb. Qeydet qəbiləsini də, Bakkara qəbiləsini də uşağa-böyüyə baxmadan yer üzündən siliblər.

Bütün bunlar barədə ürək ağrısıyla danışan həmsöhbətimiz, elə mənim yanımdaca Suriyada, İraqda yaşayan qohumları ilə telefon əlaqəsi yaratdı. Onlarla danışığından məlum oldu ki, dövləti dəstəkləyən 16 qəbilə başçısı da İŞİD tərəfindən edam olunub.

 

Biz İŞİD qədər amansız, acımasız düşmənlə Xocalıda, Qarabağda rastlaşdıq, nankor qonşularımız iç üzünü göstəriblər. Bunun da nəticəsində 1 milyondan artıq qaçqın və köçkünümüz oldu, 20 faiz torpaqlarımız işğal edildi. Biz o günləri gördük, o günləri bir də yaşamamaq üçün hər birimiz vətənimizə, dövlətimizə sahib çıxmalıyıq. Dünyada baş verənləri hər birimiz görürük. 


 Əfqanıstanda Qarabağ Dəhnəsi adında bir şəhər var ki, orada Nadir şah dövründə - 18-ci əsrdə sürgün edilmiş qarabağlılar yaşayır. Onlar eynən bizim Qarabağ ləhcəsiylə danışırlar. Onların “Qarabağ FM” adında öz radiosu da fəaliyyət göstərir. Qarabağ adına küçə və məktəbləri də var. Onlar barəsində ilk dəfə mətbuatda mən yazmışam. “27 ildən sonra” adlı kitabımda Qarabağ  Dəhnəsi adında kənddə yaşayan soydaşlarımızdan geniş bəhs etmişəm. 

Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş... 23 İyul 2021, 22:39 Qızını zəncirləyən ana danışdı: “Məni qınayanların başına gəlsin” – VİDEO 23 İyul 2021, 22:26 Kəlbəcərdə atışma DAVAM EDİR 23 İyul 2021, 22:11 Türkiyədə yoluxma sayı daha da artdı 23 İyul 2021, 22:07 Şahmatçımız beynəlxalq turnirin qalibi oldu 23 İyul 2021, 21:53 Azərbaycanda polkovnik həbs edildi - RƏSMİ 23 İyul 2021, 21:40 Şəmkirdə ağır qəza: 2 nəfər öldü 23 İyul 2021, 21:31 İranda etiraz dalğası böyüyür: Ölən və yaralananlar var 23 İyul 2021, 21:19 Şirvanda yanmış meyiti tapılan şəxsin kimliyi məlum oldu 23 İyul 2021, 21:08 Vaqif Axundovun bacısı oğlu saxlanıldı 23 İyul 2021, 20:54 Bərdədə qızın zəncirlənməsi ilə bağlı cinayət işi başlanıb 23 İyul 2021, 20:49 Qazaxda göldə batan var 23 İyul 2021, 20:47 Tacikistandan 100 min əfqan qaçqına "yaşıl işıq" 23 İyul 2021, 20:35 İlya Azar Gürcüstanda da arzuolunmaz şəxs elan edildi 23 İyul 2021, 20:21 Mobil operatorların gəlirləri bəlli oldu 23 İyul 2021, 20:08 Xırdalanda sex yandı - VİDEO 23 İyul 2021, 20:00 Ombudsmana müraciət edənlərin sayı çoxalıb 23 İyul 2021, 19:55 General Azər Əliyevə yüksək vəzifə verildi 23 İyul 2021, 19:50 Reza Deqati mədəniyyət nazirilə görüşüb 23 İyul 2021, 19:44 Birgə Komissiyaların yeni tərkibi təsdiqləndi - SİYAHI 23 İyul 2021, 19:37 Gözətçi qadını qətlə yetirən polis HƏBS EDİLDİ 23 İyul 2021, 19:30 İlham Əliyev bu komissiyanın yeni tərkibini TƏSDİQLƏDİ 23 İyul 2021, 19:23 Prezident Vətən Müharibəsi Qəhrəmanını korpus komandiri TƏYİN ETDİ 23 İyul 2021, 19:16 Prezidentdən Əli Əhmədov və bu nazirlərlə bağlı SƏRƏNCAM 23 İyul 2021, 19:09 Nizam Osmanova yeni vəzifə verildi 23 İyul 2021, 19:03 Ölkəmizin çoxvektorlu xarici siyasət kursu uğurla davam edir 23 İyul 2021, 19:00 Ənvər Əfəndiyev Quru Qoşunları komandanı TƏYİN OLUNDU 23 İyul 2021, 18:55 Bu gün peyvənd olunanların STATİSTİKASI 23 İyul 2021, 18:48 Müdafiə Nazirliyində mühüm təyinatlar - 4 generala yeni vəzifə verildi 23 İyul 2021, 18:42 Yoluxma 300-ü keçdi - 3 nəfər öldü 23 İyul 2021, 18:36 Şəhid olan gizirimiz medalla təltif edilibmiş 23 İyul 2021, 18:30 Füzulidə xeyli sayda silah-sursat aşkar edildi 23 İyul 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 23 İyul 2021, 18:16 XİN sərhəddəki təxribatla bağlı məlumat YAYDI 23 İyul 2021, 18:10 İşdən çıxarılan "Zəfər" ordenli general... - DOSYE 23 İyul 2021, 18:06